• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: “Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq, döyüş gözlənilir”

Millət vəkili: “Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq, döyüş gözlənilir”
31.08.2020 22:24
"Mənə belə gəlir ki, biz Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq. Mənim gümanıma görə, döyüş gözlənilir”.
Bunu Anews.az-a açıqlamasında deputat Fəzail Ağamalı Ermənistanın Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, döyüş baş verərsə,  Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq Rusiyanın hər hansı bir təpkisini, xahişini, təzyiqini nəzərə almadan sona qədər getməlidir:
"Əgər Rusiya bu proseslərə qoşularsa, artıq son hadisələr göstərdi ki, qardaş Türkiyə Azərbaycanla bərabər olacaq. Mənə elə gəlir ki, gedən proseslər Azərbaycanın ziyanına deyil. Sadəcə olaraq biz bundan istifadə edib öz üstünlüyümüzə söykənərək qardaş Türkiyənin Azərbaycanın yanında olmasını da nəzərə alıb Ermənistana çox sarsıdıcı, ağır və son zərbələri vurmalıyıq.
Bütövlükdə Dağlıq Qarabağ, Xankəndi də daxil olmaqla Azərbaycanın torpaqları azad edilməli və suverenliyimiz təmin olunmalıdır. Xalqımız buna hazırdır və dövlətimizlə bərabərdir. Ola bilsin ki, içəridə müəyyən təxribatlar törədə biləcək rusiyapərəst qüvvələr ola bilər. Mən əminəm ki, bizim xüsusi xidmət orqanlarımız bunun fərqindədir və dərhal onlar da zərərsizləşdirilməlidir. Onların da başı ermənilərin başı kimi əzilməlidir”.
Deputat vurğulayıb ki, Rusiyanın rəhbərliyi altında Ermənistanda planlar hazırlanmaqdadır:
"Bizim üçün narahatlıq doğuran bu planların detalları bəlli deyil. Burada iki məqamı yaddan çıxarmaq olmaz. Tovuz istiqamətində ağır məğlubiyyətə uğrayan Ermənistan iyulun 17-dən Rusiyadan geniş şəkildə davamlı olaraq silahlandırılmaqdadır. Baxmayaraq ki, Şoyqu Bakıya gələndə Şuşa nağılı danışdı. Guya ora inşaat materialları daşınır. Buna orta məktəb şagirdi də inana bilməz.
Bir neçə gün əvvəl Paşinyan qondarma Dağlıq Qarabağ Respublikasında terrorçularla görüşə tələsdi. O görüşdə qeyd etdi ki, ciddi planları var. Bu nə plandır hələ bilinmir. Ancaq bunun təqribi şifrəsi ondan ibarətdir ki,  Tovuz döyüşündən sonra həm Ermənistanın ciddi məğlubiyyətə uğraması, həm də Türkiyə ilə Azərbaycan arasında genişmiqyaslı 10 gün davam edən müxtəlif spektrli hərbi təlimlərin keçirilməsi və Türkiyənin prezidenti səviyyəsində Azərbaycana açıq dəstəyin verilməsi Rusiyanı ciddi şəkildə narahat edib”. (qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol