Müdafiə Nazirliyi yeni məlumat yaydı

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən və hər bir müdafiə mövqeyi alınmaz qalaya çevrilən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib.
Müdafiə Nazirliyindən Anews.az-a bildirilib ki, yaradılan müasir şərait heç şübhəsiz ki, xalq-ordu birliyinin, dövlət qayğısının və nümunəvi xidmətin bəhrəsidir.
Ön xətdə xidmət edən hərbi qulluqçular daha çox sayıqlığı və peşəkar döyüşçü keyfiyyətləri ilə seçilirlər. Hər biri yenilməz Vətən müdafiəçisi olan əsgərlərimiz ayıq-sayıq döyüş növbətçiliyi aparmaqla bərabər ən çətin tapşırıqları da yerinə yetirməyə qadirdirlər.
Hərbi qulluqçulara dövlət qayğısı ordu quruculuğu işinin tərkib hissəsidir. Hər bir hərbi qulluqçu da bu diqqət və etimadı yüksək döyüş hazırlığına yiyələnməklə doğrultmağa çalışır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























