• $
  • €
  • ₽
  • ₺
  • £

Vaşinqtonda Azərbaycan müzakirəsi

Vaşinqtonda Azərbaycan müzakirəsi
02.07.2014 11:41
İyulun 1-i Vaşinqtonda, ABŞ-ın analitik mərkəzlərindən olan Atlantik Şurada “NATO Qafqazda: Azərbaycanın misalı” mövzusunda tədbir keçirilib. Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmasının 20-ci ildönümünə həsr olunmuş tədbiri açan Atlantik Şuranın prezidenti Fred Kempe rəsmi Bakının alyansın tərəfdaşı qismində mühüm mövqe tutduğunu vurğulayıb.
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim NATO-Azərbaycan münasibətlərinin ötən 20 ildə keçdiyi tarixi yola nəzər salıb, əməkdaşlığın inkişaf etdiyini deyib. O, Azərbaycanın NATO-dan yardım qəbul edən ölkədən təşkilatın müxtəlif istiqamətlərdə fəaliyyətinə töhfə verən ölkəyə çevrildiyini vurğulayıb, bu kontekstdə rəsmi Bakının Əfqanıstandakı əməliyyatlara verdiyi dəstək barədə danışıb. Səfir NATO-Azərbaycan münasibətlərinin beynəlxalq hüququn prinsiplərinə söykəndiyini bildirib, alyansın zirvə toplantılarının yekun sənədlərində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ifadə edilən birmənalı dəstək verildiyini qeyd edib.
AzərTAc-ın məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında Azərbaycanın iştirakının uğurlu olduğunu deyib. O, Azərbaycanın alyansla əməkdaşlığının müxtəlif istiqamətlərindən söz açıb, Əfqanıstanla əlaqənin təmin edilməsində mühüm yer tutduğunu vurğulayıb.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol