İlham Əliyev Vyetnam Prezidentinə məktub ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa məktub ünvanlayıb.
Anes.az xəbər verir ki, məktubda deyilir:
"Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Vyetnam arasındakı əlaqələr zəngin tarixə və xoş ənənələrə malikdir. Genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.
İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin olacaqdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























