Nazir fərdi təhsil üzrə nümunəvi tədris planlarını təsdiqlədi

Təhsil naziri Emin Əmrullayev 2020-2021-ci tədris ili üçün fərdi təhsil üzrə nümunəvi tədris planlarının təsdiqi barədə əmr imzalayıb.
Anews.az-ın xəbərinə görə, əmrdə bildirilir ki, bu tədris planı Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar”a uyğun olaraq, uzun müddət təhsildən kənar qalmış şəxslərin təhsilinin təşkilini tənzimləyir.
Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəlimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur.
Tədris planı üzrə dərslər həftədə 4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı 1 saat (45 dəqiqə) tədris olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























