• $
  • €
  • ₽
  • ₺
  • £

Report Media Məktəbinin növbəti qrupu yeni təlim proqramına qoşuldu

Report Media Məktəbinin növbəti qrupu yeni təlim proqramına qoşuldu
03.09.2020 14:42
"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin növbəti qrupu üçün yeni təlim proqramına start verilib.

Müraciət etmiş 7 nəfər gənc agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə Multimedia jurnalistikasına önəm veriləcək.

Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu proqramın iştirakçıları ilə görüşdə bildirib ki, təlimlərin daha dinamik olması önəmlidir: "İnformasiya mühiti jurnalistikanı tam dəyişdirib. Sürətli qərar qəbul etmək, xəbərin dəqiqliyini operativ olaraq yoxlamaq əhəmiyyət kəsb edir. Jurnalist multimedia vasitələri ilə məlumatı tez bir zamanda internet istifadəçisinə çatdırmalıdır. Bu kimi məsələləri Report Media Məktəbində tədris etməyi düşünürük”. 

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Bu müddətdə bir neçə buraxılış olub, Report Media Məktəbini uğurla bitirən məzunlara sertifikat təqdim edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol