• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər dünyanı aldatmaq istəyirlər - VİDEO

Ermənilər dünyanı aldatmaq istəyirlər - VİDEO
01.07.2014 19:48
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı Dağlıq Qarabağ rejimi Xocalı aeroportu ilə bağlı təxribatlarını davam etdirir. Ermənistanın təhriki ilə separatçı qurumun Xocalı aeroportunu işə salmaq arzularının həyata keçməməsi necə deyərlər, Dağlıq Qarabağ “rəsmilərini” yeni təsəlli axtarmağa vadar edib. Bir neçə gün öncə Xocalı aeroportundan təkmotorlu təyyarə ilə turist uçuşunun həyata keçirildiyini əks etdirən kadrların yayımlanmasının ardından yeni videosüjet də çəkilib. 
Ermənicə hazırlanan süjeti Modern.az saytına şərh edən Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universitetinin Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı bildirib ki, ermənilər bununla Xocalı aeroportunun yararlı olması təsəvvürünü yaratmaq istəyirlər. 
“Onlar guya, bu hava limanını hələlik turistlərdən gələn təkliflər üzərində quraraq, istifadə verdikləri fikrini formalaşdırırlar. Ancaq bu üsul da əvvəlkilər kimi uğursuzdur. Qondarma "respublikanın" mülki aviasiya idarəsinin sədr müavini Samvel Tavadyan iddia edir ki, hava limanı bütün parametrlərinə görə beynəlxalq normalara cavab verir və Dağlıq Qarabağın Xankəndi, Şuşa kimi turistik yerlərini səmadan izlənməsi xarici turistlərin xoşuna gəlir. O, bu adamların təhlükəsizliyindən də dəm vurur. Halbuki, bu hərəkətləri ilə ermənilər növbəti dəfə burada beynəlxalq hava məkanı prinsiplərini pozduqlarının fərqinə varmırlar. Qəsdən bu addımı atmaqla əslində Azərbaycanı yenidən provakasiya çəkmək məqsədi güdürlər. Azərbaycan dəfələrlə bəyan edib ki, Xocalı aeroprtunda tikilmiş hava limanı beynəlxalq normaların kobudcasına pozulmasıdır və hava uçuşları keçirildiyi təqdirdə təyyarələr vurulacaq. Kiçik tutumlu təyyarələrin həm turistik, həm də guya, kənd təsərrüfatı işlərinin görülməsini asanlaşdırmaq (yəni havadan sahələrin kübrələnməsi-bunu da hava limanının "direktoru" Erik Ohanyan söyləyir) məqsədi güdür. Bunların yalan olduğu göz qabağındadır. Yayılan videoda o da vurğulanır ki, bu ildən kadr hazırlamaq üçün tədrisə də önəm verəcəklər. Ermənilər aça bilmədikləri hava limanının guya, işlədiyi görüntüsü yaratmaqla bir daha dünya ictimaiyyətini aldatmaq istəyirlər. Təbii ki, Azərbaycan bu məsəlyə öz münasibətini bildirəcək. İşğal olunmuş ərazilərdə də olsa, bu qanunsuz uçuşlar dayandırılmalıdır”,-deyə Q.Çaxmaqlı erməni təxribatını şərh edib. 
Ermənilərin Xocalı aeroportu ilə bağlı yaydığı növbəti video:
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol