Qurban Məmmədova bəxşiş edilən mülklər- SİYAHI

Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən mənzillərlə bağlı yeni məlumatlar əldə edilib.
Anews.az qafqazinfoya istinadən xəbər verir ki, Q.Məmmədov Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənovla sövdələşməyə gedərək saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib.
Daha sonra Əli Həsənov Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə əmr verib ki, sözügedən məsələni həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.
Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu M.Nağıyev küçəsi 19/27-ci məhəllə 2a saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306.5 kv metr, qeyri-yaşayış sahəsi isə 909 kv metrdir. 80 kvadrat metr qaraj verilib. Ümumilikdə, Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində Atlant İnşaatın tikdiyi yeni binada 1295.5 kvadrat metr ərazi əldə edib.
Bu sahəyə görə Q.Məmmədovun 1.324.500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur.
Bu məqamda Qurban Məmmədov və onun ailəsinin mülklərinin siyahısını təqdim edirik:
1. M.Nağıyev küçəsi 4A ünvanında 190 kv metr qeyri yaşayış sahəsi. Onun öz adınadır
2. Həmin küçədə 4/6 ünvanda 184 kvadrat metr qeyri-yaşayış sahəsi. Onun öz adınadır. Wellmax şirkətinə kirayə verib.
3. Həmin ünvanda 193 kvadrat metr sahəsi olan mənzil onun arvadı Mehbarə Məmmədovanın adınadır.
4. Həmin ünvanda 193 kvadrat metr mənzil qızı Turan Haqverdiyevanın adınadır.
5. Həmin ünvanda 143 kvadrat metr qeyri-yaşayış sahəsi qızı Günel Məmmədovanın adınadır.
6. Q.Məmmədovun Mehdiabad qəsəbəsində 3 torpaq sahəsi vardır. Ümumi sahəsi 1 hektardır.
7. Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsi 11 ünvanda fərdi yaşayış evi Q.Məmmədovun adınadır.
8. Xacəsən qəsəbəsi F.Ağazadə küçəsi 2 fərdi yaşayış evi qızı Turan Haqverdiyavanın adınadır.
9. Nərimanov rayonu Daşkarxanası küçəsi 163 B ünvanı fərdi yaşayış evi oğlu Elnur Məmmədovun adınadır.
10. Şəki şəhəri R.kazımov küçəsi 23 saylı fərdi yaşayış evi qızı Günel Məmmədovanın adınadır.
11. Biləcəri qəsəbəsi E.Hüseynov küçəsi 56 mənzil 4 ünvanında əmlak arvadı Mehbarə Məmmədovanın adınadır.
12. Məmmədli kəndi Zabrat-Kürdəxanı qolunun qərb hissəsində 2 saylı binada 42 nömrəli mənzil oğlu Elnur Məmmədovun adınadır.
13. Nərimanov rayonu Ə.Əliyev küçəsi 7 A saylı binada 32 nömrəli mənzil qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.
14. Nizami rayonu B.Nuriyev küçəsi 27, mənzil 82 qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qurban Məmmədovun Əli Həsənovun patronajlığı altında əldə etdiyi əlavə sərvətləri, mülkiyyət və əmlakların siyahısını dəqiqləşdiririk.
Eyni zamanda, ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən Qurban Məmmədovun saxta yollarla öz əmlakını 480 kvadrat metr yazdırması, adı keçən dövlət məmurları ilə sövdələşərək pul ödəmədən 1300 kvadrat metr əmlak əldə etməsini araşdırılmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























