• $
  • €
  • ₽
  • ₺
  • £

"Rəsmən müxalif deputat olacam"- Erkin Qədirlidən AÇIQLAMA

"Rəsmən müxalif deputat olacam"- Erkin Qədirlidən AÇIQLAMA
04.09.2020 12:59
"ReAl partiyasının dövlət qeydiyyatına alınması mənim Milli Məclisdə və AŞPA nümayəndə heyətində statusumu dəyişdirəcək”.
Anews.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputat Erkin Qədirli deyib.

O bildirib ki,  ReAl-ın qeydiyyatsız dönəmində müstəqil deputat sayılırdı:

"Bundan sonra rəsmən müxalif deputatı sayıla biləcəyəm. ReAl da rəsmən parlament partiyası sayılacaq. ReAl-ın rəsmən parlament partiyası sayılması onun başqa parlament partiyaları kimi dövlət büdcəsindən maliyyələşməsi məsələsini aktuallaşdıra bilər. Amma burada aydın cavab yoxdur. Belə durumlarda eyni inandırıcılıqla bir-birinə qarşı olan yönlərdən yozum vermək olur. Bir yozuma görə, ReAl bu durumda büdcədən maliyyələşə bilməz, çünki mən seçiləndə ReAl-ın qeydiyyatı olmayıb. Başqa bir yozuma görə, seçki proporsional olmadığına görə ReAl-ın parlamentdə yerləri ReAl-ın qeydiyyatından sonra ona üzv olmuş deputatların hesabına yarana bilər. İndiki halda mənim hesabıma. Proporsional seçkilərdə belə yanaşma doğru sayıla bilməzdi. Ona görə də, bir halda ki, dövlət büdcəsindən maliyyələşmə təcrübəsi var, proporsional seçki sisteminə keçmək gərəkdir. Majoritar sistem bunun üçün yaramır. Ayrıca, şəxsən mənim fikrimə görə, partiyalar dövlət büdcəsindən pul almamalıdır.

E.Qədirli qeyd edib ki, AŞPA-da nümayəndə heyətində hələ müstəqil üzv sayılır:

"Çünki nümayəndə heyəti təsdiqlənəndə ReAl-ın qeydiyyatı olmayıb. Öz parlamentimizdə statusumun dəyişməsi (müstəqildən müxalifə keçməsi) AŞPA-da nümayəndə heyətindəki statusumu avtomatik dəyişdirmir. Mənim statusuma gələn ilin yanvarında yenidən baxılacaq. Aydındır ki, müstəqil qala bilməyəcəyəm. Burada iki variant yaranır: Birincisi,  mən AŞPA nümayəndə heyətində qalıram, müxalif deputat kvotasına (1/3) girirəm, amma bunun üçün gərək kimsə o kvotadan çıxsın. İkincisi isə mən nümayəndə heyətindən çıxıram, çünki müstəqil kimi qala bilməyəcəyəm, müxalif kvotadan isə kimsə çıxmayacaq. Hər iki halda mənim yerimə başqa birisi müstəqil kvotaya girməli olacaq. Bunun cavabı yanvarda bilinəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol