• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Razi Nurullayevi də təbrik etdi

Prezident Razi Nurullayevi də təbrik etdi
05.09.2020 14:38
Sentyabrın 4-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə yeni dövlət qeydiyyatına alınmış Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev arasında görüş keçirilib.


İlk öncə Ədalət Vəliyev partiyanın qeydiyyatdan keçməsi münasibəti ilə ölkə başçısı adından Razi Nurullayevi təbrik edib və partiyanın fəaliyyətində uğurlar arzulayıb.


R.Nurullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daxilində olan qeyri-sağlam abu-havanı və daxili qarşıdurmaları nəzərə alaraq, öz tərəfdaşları ilə AXCP-dən ayrılaraq yeni partiyanın yaradılması qərarı barədə məlumat verib.


Görüşdə ölkədə aparılan islahatlar, korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər üzərində qurulması, yeni siyasi konfiqurasiyanın formalaşması və iqtidar-müxalifət siyasi dialoqu uğurla həyata keçirildiyini vurğulanıb.


Həmçinin "Siyasi partiyalar haqqında” qanuna dəyişiklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi, siyasi partiyaların maliyyə hesabatlılığı müzakirə olunub.


Bundan əlavə koronavirus infeksiyasının qarşısının alınmasında dövlət tərəfindən görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla yanaşı, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirəsalınmadan həyata keçirilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.


Daha sonra iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulmasının nəticəsi olaraq, Milli Cəbhə Partiyası daxil olmaqla son 5 ay ərzində 6 siyasi partiyanın dövlət qeydiyyatına alınması və 10 siyasi partiyanın Qurultayların keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması faktı qeyd olunub.


Görüş zamanı iyulun 12-dən başlayaraq baş vermiş hərbi təxribat fonunda, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların milli həmrəyliyi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında mövqeləri yüksək dəyərləndirilib. 43 siyasi partiyanın birgə bəyanatı, 4 siyasi partiyanın isə ayrılıqda Ali Baş Komandan ətrafında birləşməsi ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının nümunəsi olduğu vurğulanıb.


Bununla yanaşı siyasi partiyaların aktivləşməsi, "Azərbaycan” qəzetində "Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin televiziya, internet TV kanallarında, müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilərək, yeni siyasi konfiqurasiyanın təzahürü olduğu vurğulanıb.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol