Elnur Eltürk AMEA-dakı vəzifəsindən istefa verdi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxıb.
Anews.az-a açıqlama verən Elnur Eltürk bildirib ki, müəyyən səbəblərdən ərizə yazaraq öz istəyi ilə işdən ayrılıb.
Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə "Vikipediya" sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə "Vikipediya" hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. "Vikipediya"nın reytinq cədvəlində Azərbaycan irəliləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























