Əli İnsanovun köməkçisinə 30 sutka həbs verilib - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə özlərini Haqq-Ədalət Partiyası adlandıran birliyin sədri, sabiq Səhiyyə naziri Əli İnsanovun köməkçisi Rəşad Abbaslının oğurlanması barədə yayılan məlumatlara aydınlıq gətirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, ictimai asayişi pozan şəxsin kimin köməkçisi, hansı partiyanın üzvü olmasının əhəmiyyəti yoxdur: "Rəşad Abbaslı da ictimai qaydanın və ictimai asayişin pozulmasına yönəlik hərəkətlərə yol verdiyinə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanılmış materiallarla birlikdə rayon məhkəməsinə göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























