Ərdoğanla görüşə gedirdi, koronavirusa yoluxduğu məlum oldu

Türkiyənin Kayseri vilayətinin Bünyan rayonunun bələdiyyə sədri Özkan Altunun Prezident Rəcəb Tayyib Ərdoğanın bələdiyyə başçıları ilə iclasında iştirak üçün keçdiyi koronavirus test nəticəsi pozitiv çıxıb.
"Milliyet” xəbər verir ki, Ö.Altun nəticələrin çıxmasından sonra iclasda iştirakı ləğv edilərək Kayseriyə qayıdıb. Onun 14 gün ərzində xəstəlikdən müalicə olunaraq sağaldığı bildirilib.
Xəstəliyin haradan və necə keçdiyini anlamadığını söyləyən Altun xəstəlikdən əziyyət çəkənlərin əhvalını yüksək tutmalı olduğunu qeyd edib: "Bu barədə ilk dəfə eşitdiyiniz zaman ruhdan düşə bilərsiniz. Ancaq bu xəstəliyin ən böyük müalicəsi yüksək əhvaldır. Mənə zəng edən insanlar mənəvi cəhətdən çox dəstək oldular”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























