• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını rədd etdi

Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını rədd etdi
08.09.2020 16:23
Avropa İnsan Haqları Məhkəməsi ermənilərin azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib.

"Qafqazinfo” xəbər verir ki, Ermənistandan olan iki şikayətçi - Budapeştdə öldürülən erməni hərbçi Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan və Macarıstana qarşı qaldırdığı iddia təmin edilməyib.

Avropa Məhkəməsi Ramil Səfərovun cinayəti şəxsi zəmində törətməsi ilə bağlı Macarıstan Məhkəməsinin hökmünə əsaslanaraq Azərbaycan dövlətinin Qurqen Marqaryanın qətlinə heç bir təsrinin olmadığı qənaətinə gəlib. Bununla yanaşı Avropa Məhkəməsi Macarıstanı da hər hansı bir məsuliyyətdən azad edib.
İddiaçıların vəkilləri Siranuş Saakyan və Levon Qoryan isə bu işin hüquqi əhəmiyyətini və bunun üçün böyük ictimai marağı nəzərə alaraq, Avropa Məhkəməsinin qərarı qüvvəyə minməzdən əvvəl Böyük Palataya şikayət edəcəklərini bildiriblər.

Xatırladaq ki, R.Səfərov 2004-cü ilin yanvarında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış, fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə onu öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub, Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilib və Prezident İlham Əliyev tərəfindən əfv olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol