Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilir

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə vahid rüsum tətbiq ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Deputat komitənin iclasında bildirib ki, məsələ ilə bağlı "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.
"Layihəyə əsasən isə, bu mexanizm ləğv olunur. Bu rüsum hər il deyil, qanunla birdəfəlik müəyyən olunacaq”, - deyə o əlavə edib.
Layihəyə əsasən, yaxın qohumlara - ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılara - bağışlanması halları istisna təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























