• $
  • €
  • ₽
  • ₺
  • £

Onkoloji xəstələrə şad xəbər - Dövlət tərəfindən yardım olacaq

Onkoloji xəstələrə şad xəbər - Dövlət tərəfindən yardım olacaq
10.09.2020 12:34
329 nömrəli qərarla "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nda dəyişiklik nəzərdə tutulur.

Anews.az-a Nazirlər Kabinetindən verilən məlumata görə, dəyişikliyə əsasən, "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın 9-cü hissəsində "vətəndaşın yaşadığı ərazi üzrə müvafiq səhiyyə orqanının büdcə vəsaiti” sözləri "dövlət büdcəsinin vəsaitləri” sözləri ilə əvəz etdilir.

Səbəb ərazi səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsidir. Odur ki, ərazi səhiyyə müəssisələri İcbari Tuibbi Sığorta prinsipləri üzrə işləyən TƏBİB-in tabeliyinə keçdiyi üçün onkoloji xəstələrə yardım dövlət büdcəsi vasitəsilə həyata keçiriləcək.

Qərara əsasən "Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ndə dəyişiklik edilib. Dəyişikliyin mahiyyəti Tibbi sığorta haqqında qanunun bütün Azərbaycan ərazisinə şamil edilməsidir. Dəyişikliyə əsaəan "bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasının səbəbi odur ki, bu Qərar hazırlanarkən İcbari tibbi sığorta yalnız pilot layihə qismində Azərbaycan Respublikasının bir neçə rayonunda tətbiq edilirdi. İndi butun respublikası ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.

Qərar habelə "Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ndə dəyişikliyi nəzərdə tutur. Dəyişikliyə əsasən "bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasınını səbəi odur ki, bu Qərar hazırlanarkən icbari tibbi sığorta yalnız pilot layihə qismində ölkənin bir neçə rayonunda tətbiq edilirdi. İndi butun ölkə ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.


"Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli Qərarı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman ləğv edildiyindən Qərar öz hüquqi güvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur.

"Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 264 nömrəli Qərarı "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman 1.1.9-cuarımbəndi ləğv edildiyindən Qərar öz hüquqi güvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol