• $
  • €
  • ₽
  • ₺
  • £

Tofiq Yaqublu: "Ya azadlığa çıxacağam, ya da ki ..."

Tofiq Yaqublu: "Ya azadlığa çıxacağam, ya da ki ..."
10.09.2020 16:03
"İndicə atayla görüşdük. Çox pisdir halı. Bütün sümüklərinin sızıldadığını və güclə yeridiyini bildirdi. Görüşə gələndə səndələyə-səndələyə gəlirdi. Dəhşət baş ağrılarının və başgicəllənmələrinin olduğunu bildirdi".

Anews.az xəbər verir ki, bunu həbsdə olan Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

"Dedi ki: "Ayağa güclə qalxıram. İndi görüşə gələndə qolumdan tuta-tuta gətirdilər. Gəlib mənə deyirlər ki, pandemiyaya görə görüşə gələnləri bir-bir buraxırıq. Mən bilirdim ki, siz saat 10-un yarısından buradasınız. Ona görə də güclə olsa da ayağa durub, məni çağıracaqlarını gözlədim. 30 dəqiqə ayaqüstə gözlədim. Ancaq məni görüşə çıxarmırdılar. Qapını yumruqla bərk-bərk döyməyə başladım. Birdən huşumu itirdim. Çarpayının üstə yıxıldım. Həkim gəlib tez müayinə etdi. Bir müddət keçəndən sonra özümə gəldim. Təzyiqim 60-90 idi. Artıq sürətlə zəifləyirəm. Hər gün azı 700 qram çəki itirirəm. Aclığın 9-cu günü olsa da özümü 15-ci günündəki kimi hiss edirəm. Ancaq iradəm möhkəmdir. Bu işin zarafatı yox. Buradan mən ya azadlığa çıxacağam, ya da ki, buradan mənim meyidim çıxacaq!

Mənim həbsimə etiraz olaraq aksiyada iştirak edən hər kəsə təşəkkürünü bildirirəm. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirməmi istədi"" - Nigar Həzi qeyd edib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol