• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident qanunun tətbiqi haqqında fərman imzaladı

Prezident qanunun tətbiqi haqqında fərman imzaladı
01.07.2014 00:07

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

APA-nın verdiyi məlumata görə, Fərmana əsasən, həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınıb ki:

 

Nazirlər Kabinetinə  üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb prezidentinə təqdim etmək;

 

Nazirlər Kabinetinə üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının,  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını  təmin etmək;

 

Nazirlər Kabinetinə həmçinin üç ay müddətində həmin Qanuna uyğun olaraq, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını Azərbaycan  Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək;

 

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsinə görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;

 

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün müvafiq ərizə-anketin formasını təsdiq etmək;

 

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan  Prezidentinə təqdim etmək;

 

Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.  

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə  Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

 

Xarici İşlər Nazirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının həmin Qanunun müddəaları barədə məlumatlandırılması üçün müvafiq tədbirlər görmək tapşırılıb.

 

Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün müvafiq ərizə-anketin elektron formasının özlərinin rəsmi internet saytlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.  

 

Müəyyən edilsin ki:

 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

Həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirir.

 

Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti həyata keçirir.

 

Fərmana əsasən Azərbaycan Prezidenti ilə razılaşdırmaqla qəbul edilən normativ hüquqi aktda hər hansı dəyişiklik yalnız Azərbaycan Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol