Rusiyadan hərbi təlimlərlə bağlı Azərbaycana DƏVƏT

Rusiya Qafqaz-2020 hərbi təlimlərində iştirak etmək üçün Ermənistan, Belarus, Çin, Myanma, Pakistan, Azərbaycan və İran hərbi heyətlərinə dəvət göndərib.
"Quru qüvvələri qrupunun bir hissəsi olaraq ortaq fəaliyyətlərin həyata keçirilməsi üçün Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan olan hərbi birləşmələr təlimə dəvət edilib. Xəzər hövzəsindəki təlimlərdə iştirak üçün Azərbaycan və İran dəvət edilib",-deyə Fomin xarici hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib.
Təlimlər 21-26 sentyabr tarixlərində baş tutacaq.
www.anews.az
Anews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin açıqlama verib.
Təlimlərin iki mərhələdə aparılacağı elan edilib. Birinci mərhələdə hərbi komandanlıq və nəzarət orqanları şərti hərbi-siyasi vəziyyətdə döyüş əməliyyatları planlaşdıracaq. İkinci mərhələ üçün isə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























