• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Türkiyəyə nota verdi

Azərbaycan Türkiyəyə nota verdi
30.06.2014 17:32
Səfirlik: “Diplomatımız təhqir edilib, ona fiziki güc tətbiq olunub”
Türkiyə XİN-ə nota ünvanlanıb, DİN-də polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılıb 
 “Türkiyənin Ankara şəhərində bu il martın 29-da Azərbaycanın Türkiyədəki səfirliyinin diplomatı, səfirliyə məxsus diplomatik dövlət nişanlı rəsmi avtomobillə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmamasına baxmayaraq, polislər tərəfindən kobud sürətdə dayandırılıb”. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
 
Məlumatda qeyd olunub ki, polislər diplomatı təhqir ediblər: “Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir edib, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranılıb, polislər tərəfindən güclü fiziki güc tətbiq olunub. Məsələ ilə bağlı həmin gün Türkiyə XİN-ə nota ünvanlanıb, DİN-də polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılıb. Proses hazırda davam etməkdədir. Azərbaycanın Türkiyədəki səfirliyi məsələni yaxından izləməkdədir”.
 
Qeyd edək ki, bu gün Türkiyənin “Milliyet” və “Vatan” qəzetlərində Ankarada polislə Azərbaycanın Türkiyədək səfirliyinin əməkdaşı arasında insident olması barədə xəbər dərc olunub.
 
Məlumatda qeyd olunub ki, Ankarada polis yol hərəkəti qaydalarını pozan azərbaycanlı diplomata aid avtomobili saxlayıb. Polisin sənəd tələb etməsindən sonra tərəflər arasında problem yaşanıb. Sənədləri təqdim edən azərbaycanlı diplomat maşının və onun özünün diplomatik qaydalara əsasən saxlanıla bilməyəcəyini bəyan edib. Ancaq polislər diplomata nəqliyyat vasitəsini müvafiq prosedurları həyata keçirmədən buraxmayacaqlarını bildiriblər.
 
Bundan sonra Azərbaycanın Türkiyədəki səfirliyi Xarici İşlər Nazirliyi ilə əlaqə yaradaraq hadisə barədə məlumat verib və diplomatın maşınının saxlanılması barədə şikayətçi olduğunu söyləyib. Türkiyə XİN isə hadisə barədə Daxili İşlər Nazirliyini məlumatlandırıb. Nazirlik yetkililəri isə öz növbəsində səfirliklə əlaqə yaradaraq məsələnin araşdırılacağını söyləyib, diplomatdan üzr istəyiblər. Qəzetlərin yazdığına görə, Azərbaycan səfirliyi şikayətini geri götürüb.
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol