İlham Əliyev BMT-nin sessiyasında çıxış edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasında ümumi müzakirələrdəki çıxışı sentyabrın 24-nə planlaşdırılıb.
Sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 75-ci, yubiley sessiyası başlayıb. İllik ümumi müzakirələr isə sentyabrın 22-də start götürəcək.
Ənənəvi Yüksək Səviyyəli Həftənin formatı bu dəfə dəyişdiriləcək: ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını video formatında göndərə biləcəklər. Konfrans zalından hər nümayəndə heyətindən bir nəfər olacaq.
Ənənəvi olaraq debatları Braziliya açır, ardından BMT qərargahının ərazisində yerləşdiyi ölkə kimi ABŞ çıxış edir.
Azərbaycan Prezidentinin çıxışı isə sentyabrın 24-də yayımlanacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























