Bu gün Tofiq Yaqublunun məhkəməsi baş tutacaq

Bu gün saat 16.00-da Bakı Apelyasiya məhkəməsində Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsadətə baxılacaq, bu barədə Anews.az-a Yaqublunun vəkili məlumat verib.
Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.
Yaqublunun işi ilə bağlı sentyabrın 28-ə təyin edilmiş apellyasiya məhkəməsinin iclası ləğv edildi.
Tofiq Yaqublu Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə xuliqanlıq maddəsi ilə təqsirli bilinib və 4,3 il müddətinə azadlıqdan məhrum olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























