Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı- FOTO

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.
Bu barədə anews.az-a həkim Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, hazırda T.Yaqublu qida qəbul eləməyə başlayıb:
"Tofiq Yaqublunun səhhəti kafidir. Aclıq aksiyasını dayandırıb. Vəziyyətinə baxaq ya bu gün, ya da sabah evə buraxılacaq”.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.
T.Yaqublu 17 gündür aclıq aksiyası keçirirdi. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.
Bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























