• $
  • €
  • ₽
  • ₺
  • £

"Siyasətdən uzaq dururam" deyən deputata həmkarından DƏSTƏK

"Siyasətdən uzaq dururam" deyən deputata həmkarından DƏSTƏK
21.09.2020 10:05
Milli Məclisin deputatı Jalə Əhmədovanın siyasi məsələlərdən uzaq olması ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəklərdə müzakirə olunur.

Anews.az xatırladır ki, deputat Jalə Əhmədova Teleqraf.com-un suallarını cavablandırarkən siyasi məsələlərdən uzaqda dayandığını bildirib:

"Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam. Dövlətin siyasəti ilə məşğul olacaq Prezident var. Onun siyasi xətti var və biz də onu dəstəkləyirik. Sırf işim məni seçən əhali ilə işləməkdir. İşim camaatımın dərdi, problemi, hansısa bir məsələyə dəstək olmaqdan ibarətdir. Özümü bu istiqamətə yönəltmişəm, çalışıram işimi, fəaliyyətimi əhali ilə qurum”.

J.Əhmədovanın bu fikrinə reaksiyalar müxtəlifdir. Xanım deputatın həmkarı Etibar Əliyev də bu məsələ ilə bağlı social şəbəkədə status yazıb:

"Deputat həmkarımız Jalə Əhmədovanın "Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayanlar sırasındayam" fikri sosial şəbəklərdə tənqidə məruz qalıb. Mən Jalə xanımın bu fikrinə hörmətlə yanaşır və ona haqq qazandırıram. Sual yaranır, siyasətlə kimlər məşğul olmalıdır?
 
Ali məktəblərdə "Politologiya” ixtisası üzrə mütəxəssis hazırlanır. "Siyasət” ixtisası ürə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələri verilir. Ali Attestasiya Komissiyasının saytında 2010-cu ildən bəri "siyasət” üzrə fəlsəfə doktorlarını 100-ə qədər sayandan sonra gözlərim qaraldı, davam edə bilmədim. Siyasi partiya (onların sayı 61-dir) rəhbərləri və həmin partiyanın üzvləri siyasətlə məşğul olurlar. Və 12 partiyanın nümayəndələri parlamentin üzvüdür. Yeri gəlmişkən, Milli Məclisin 4 üzvü "Siyasət” üzrə elmlər doktorudur. Xalq şairi Sabir Rüstəmxanlı siyasi partiya rəhbəridir. Və illərlədir partidaşları onu özlərinə lider kimi qəbul ediblər. Yəni qanunvericu orqan olan Parlamentin içində və çölündə kifayət qədər siyasətlə məşğul olan şəxslər var. Milli Məclisin "Elm və Təhsil” Komitəsində, "İdman və Gənclər” komitəsində, yaxud "Səhiyyə” komitsəində siyasətçilərin olmasına nə ehtiyac var? Vəziyyət o həddə gəlib çatıb ki, bəzi qəzet və sayt rəhbərləri də özlərini kamil siyasətçi adlandırırlar. Bismark gözəl deyirdi: "Siyasət elm deyil, sənətdir.” Şəxsən mənim də sənətim siyasət deyil. Siyasət haqqında ilk fundamental əsrin müəllifi filosof Aristotel olub. Yəni bu sənəti filosoflar yaradıblar. Azərbaycanda siyasətlə nə üçün məşğul olduğunu bilməyən minlərlə insan bədbəxtçiləyə düçar oldu.
 
Hələ onlara qoşulanları demirəm. Bu indi də davam edir. İnsanları siyasətdən baş çıxarmayıb "mən peşəkar siyasətçiyəm” ifadəsi ilə aldadanlar çox olub. Elm, təhsil, səhiyyə, gənclər, idman siyasəti ilə məşğul olanların əksəriyyəti isə özlərini siyasətçi adlandırmırlar. Tamamilə düz edirlər. Əsas məsələ idrakla və təfəkkürlə ölkəyə verilən faydadır. Başqa bir məsələ:

P.S. Ölkəmizə Humanitar Forum çərçivəsində qonaq gəlmiş bir Nobel mükafatı laureatı ona verilən 10 sualdan səkkizinə cavab vermədi. Dedi ki, mənim sahəm deyil. Bunun özü də bir mədəniyyətdir".
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol