Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

Sentyabrın 21-dən Maliyyə Monitorinqi Xidməti (MMX) Lüksemburq Böyük Hersoqluğunun Təlim Mərkəzi (ATTF) ilə birlikdə "Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə” (PL/TMM) üzrə video-konfrans formatında təlimə başlayıb.
Anews.az MMX-ya istinadən xəbər verir ki, təlim sentyabrın 28-nə qədər davam edəcək.
"PL/TMM” üzrə ekspert cənab Enrike Dominqezin apardığı təlimdə MMX, Azərbaycan Mərkəzi Bankı, digər nəzarət orqanları, habelə ölkədə fəaliyyət göstərən kommersiya bankları və maliyyə qurumlarının əməkdaşları ilə birlikdə 22 nəfər iştirak edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























