• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərdən Bakıda Azərbaycana qarşı təxribat

Ermənilərdən Bakıda Azərbaycana qarşı təxribat
28.06.2014 12:40

ATƏT Parlament Assambleyasının (PA) Daimi Komitəsinin bu gün Bakıda keçirilən iclası zamanı Ermənistan nümayəndə heyəti tərəfindən təxribata cəhd edilib. 

APA-nın məlumatına görə, iclasda ABŞ-ın ATƏT PA-da təmsilçisi Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya əleyhinə təklif etdiyi qətnamənin müzakirəsi zamanı söz alan erməni deputatlar gözlənilmədən mövzunu dəyişiblər. 

 Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan qətnamədən çox Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını inkar edərək, münaqişənin həlli üçün Azərbaycanı Dağlıq Qarabağın separatçı rejimi ilə danışıqlara çağırıb. O, səs tonunu qaldıraraq zalda ajiotaj yaradıb. Əsəbi halda çıxış edən erməni deputat münaqişənin həllində Azərbaycanı ATƏT-in Minsk Qrupunun üzvləri arasında daha çox ABŞ-a güvənməkdə ittiham edib.ATƏT PA-nın prezidenti Ranko Kirovokapiç A.Geqamyana gündəlikdəki qətnaməni xatırlatsa da, o, yenidən bu qətnamədəki mövzuya - Ukrayna məsələsi və digər paralel münaqişələrin həllinə toxunmayaraq, xalqların öz müqəddəratını təyin etməsi məsələsini ortaya atmağa cəhd edib.Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə 22 ildir işğal olunmuş torpaqları, bunun fəsadlarını görməməyi “qumdan başı yeni çıxan kor dəvəquşuya” bənzədib. O, A.Geqamyanın əsəbi çıxışına və vaxtından tez saçının tökülməsinə işarə vuraraq deyib: 

“Burada bayaq ürək tutmasından danışıldı. İnsan ürək tutmasından həkimə gedir, çünki ağrı var. Amma bir də var saç tökülməsi. Bunun ağrısını hiss edən yoxdur. Bizim torpaqları işğal edənlər də bunu saç tökülməsi kimi qəbul edirlər, ağrını hiss etmirlər. 22 ildir faktiki torpaqlar işğal altındandır, kor dəvəquşu kimi bunu görməmək olmaz!”

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol