Məşhur agentlik Tovuzda: Erməni təxribatının iç üzünü açdılar

Azərbaycan-Ermənistan sərhədindəki kəndlərdə yaşayan azərbaycanlıların düşmən tərəfin təxribat və təzyiqlərinə rəğmən məskənlərini tərk etməməsi xalqımızın əzmkarlığı kimi dəyərləndirilir.
Reportajda bildirilib ki, Əlibəyli erməni qüvvələrinin daim atəş altında saxladığı mülki yaşayış məntəqələrinin başında gəlir. Təmas xəttinə çox yaxın yerləşən kəndin bir çox nöqtəsi hərbi mövqelərə sadəcə bir neçə yüz metr məsafədədir. Buradan ermənilərin yerləşdiyi mövqe gözlə görülür.
870 ev, 4 min 300 nəfərin məskunlaşdığı kənddə hər kəs vətənini qorumaqda və erməni hücumları qarşısında boyun əyməməkdə qətiyyətlidir.
Kənd sakinlərindən 87 yaşlı Paşa Həsənov agentlik müxbirinə açıqlamasında kənd camaatının 90-cı illərdən bəri erməni hücumlarına qarşı qəhrəmancasına müqavimət göstərdiyini və kəndi boşlaltmadığını deyib. Qarabağ müharibəsində bir oğlunun könüllü olaraq cəbhəyə getdiyini və orada şəhid olduğunu bildirən Həsənov müharibənin yenidən başlayacağı təqdirdə kənddən getməyəcəklərini vurğulayıb.
52 yaşlı kənd sakini Hüseyn Həsənov isə ermənilərin, demək olar ki, hər gün aətşkəsi pozduğunu bildirib. Onun sözlərinə görə, 90-cı illərdə cəbhədə döyüşüb və yaralanıb. Bununla belə, yenə torpaqlarına müdafiəsinə özünü hazır hiss edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























