• $
  • €
  • ₽
  • ₺
  • £

Peskov: ehtiyac olarsa, Vladimir Putinlə İlham Əliyevin danışıqları baş tutacaq

Peskov: ehtiyac olarsa, Vladimir Putinlə İlham Əliyevin danışıqları baş tutacaq
28.09.2020 16:46
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov, ehtiyac olarsa, Rusiya Prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyevin danışıqlarının baş tutacağını bəyan edib.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, bazar günü Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı aparıblar və Dağlıq Qarabağda eskalasiyanın qarşısını almaq üçün hər cür səy göstərməyin vacibliyini qeyd ediblər.

"Ehtiyac olarsa, əlbəttə ki, danışıqlar reallaşacaq. Lakin bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan etibarən Rusiya Xarici İşlər naziri Sergey Lavrov, şəxsən, Bakıdakı və İrəvandakı həmkarları ilə davamlı olaraq təmas saxlayıb”, - Peskov jurnalistlərə Rusiya prezidentinin Azərbaycan rəhbəri ilə təmas qurmağı planlaşdırıb-planlaşdırmayacağı barədə sualı cavablandırarkən deyib.

Peskov həmçinin hesab edir ki, indi Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsində kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirməyin zamanı deyil, hərbi əməliyyatları dayandırmaq vacibdir, deyə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, münaqişənin nizamlanmasında belə bir hazır vasitəçi rolunu yerinə yetirmək və müxtəlif səviyyələrdə belə bir hazırlıq istəyi vurğulanır. İndi hər şeydən əvvəl kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək əvəzinə, hərbi əməliyyatları dayandırmaq vacibdir. Rusiya hər zaman balanslı mövqe tutub. Məhz bu mövqe Rusiyaya münaqişəni nizamlamaq imkanı verir”, - deyə Peskov jurnalistlərin Kremldə Dağlıq Qarabağda qarşıdurmanın kəskinləşməsinin təşəbbüskarı və bununla maraqlanan hansı tərəfin olduğuna dair sualları cavablandırarkən bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol