• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA-dan cəbhədəki hərbi əməliyyatlarla bağlı BƏYANAT

AŞPA-dan  cəbhədəki hərbi əməliyyatlarla bağlı BƏYANAT
29.09.2020 09:08
Avropa Şurası Parlament Assambleyası Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlanmasından son dərəcə narahatlıq keçirir. Anews.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Boriana Oberq (İsveç)  və Kimmo Kilyuner (Finlandiya), həmçinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) yaydıqları birgə bəyanatda bildiriblər.

"Biz hər iki tərəfin mülki əhali və hərbi qulluqçuları arasında itkilərə dərindən təəssüflənirik", - deyə məlumatda bildirilir.

Həmməruzəçilər münaqişənin hər iki tərəfini hərbi əməliyyatların dərhal dayandırılmasına, vəziyyətin gərginləşdirilməsinə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativsiz olduğu vurğulanır.

Bundan başqa, həmməruzəçilər qeyd ediblər ki, Avropa Şurasına üzv dövlətlər aralarındakı münaqişələri yalnız sülh yolu ilə həll etməlidirlər.
"Parlament Assambleyası Minsk Qrupu formatında sülh danışıqları üçün əlverişli bir mühitin yaradılmasına töhfə verməyə hazırdır”, - deyə həmməruzəçilər bildiriblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol