• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan rəhbərliyi öz gənclərini necə məhv edir - İnfoqrafika

Ermənistan rəhbərliyi öz gənclərini necə məhv edir - İnfoqrafika
29.09.2020 13:07
Bu gün dövlətimiz işğal altında olan torpaqların azad olunması uğrunda bütün gücü ilə müharibə aparır. Xatırladaq ki, Dağlıq Qarabağda cəbhə xətti boyunca şiddətli döyüş əməliyyatları aparılır və bu müddət ərzində Azərbaycan ordusunun genişmiqyaslı hücumları qeydə alınıb. Ordumuz, düşməndən fərqli olaraq, yalnız əsgərlərlə döyüşür və mülki şəxslərin arxasında gizlənmir. 
 
Xüsusilə qeyd etmək istərdik ki, hazırda təmas xəttində gedən döyüşlər 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra müxtəlif dövrlərdə (2014-cü il avqust, 2016-cı il aprel, 2020-ci il iyul döyüşləri) cərəyan edən əməliyyat şəraitindən bir çox parametrlərinə görə fərqlənir. İdeoloji, siyasi, diplomatik və hərbi müstəvidə vəziyyət ölkəmizin xeyrinə müsbət mənada xeyli dəyişib. Bundan öncəki dövrdə Ermənistan tərəfi real itkilərin sayını saxtalaşdırır, hərbi qulluqçuların soyadlarını və təvəllüdünü ictimaiyyətdən gizlətməyə üstünlük verirdi. Görünür, ictimai rəydə Nikol Paşinyana qarşı böyük daxili savaşın başlamasından qorxan Ermənistanın Müdafiə Nazirliyi döyüşlərdə məhv olan hərbçilər haqqında informasiyanı paylaşır.

Bununla yanaşı, ölüm xəbəri təsdiqlənən hərbçilərin təvəllüdünə nəzər salanda görürük ki, onların arasında 2000-2002-ci illərdə anadan olan şəxslər üstünlük təşkil edir. Siyasi və ideoloji müharibədə düşmən tərəfdə məhv edilən şəxslərin kimlikləri hər zaman böyük marağa səbəb olub. Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 18-20 yaşlı gəncləri siyasi hakimiyyətdə qalmaq üçün qurban verdiyini əminliklə deyə bilərik. Tədqiqatımız nəticəsində bəlli olur ki, məhv edilən hərbçilər peşəkarlıqdan çox uzaqdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi nümayiş etdirir ki, müharibə amalları yoxdur və gənclərdən özünə sipər düzəldir. Yaşlı nəslin hərbçiləri isə həmin qalxanın arxasında gizlənir.

Ermənistan hakimiyyəti uzun müddətdir ki, vətəndaşlarında düşmənçilik və nifrət hissini alovlandırır. Bu da qaçılmaz olaraq müharibəyə səbəb oldu. Lakin görürən odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi heç vaxt əlində avtomat tutmayan, hərbi bilikləri olmayan, əməliyyat şəraitini düzgün dəyərləndirməyən, işğal etdikləri ərazidə relyefi tanımayan gəncləri siyasi avantüranın güdazına verməkdə israrlıdır. Məhv edilən hərbçilərin faiz nisbətinə nəzər salanda görürük ki, onların 67%-nin doğum tarixi 2000-ci ildən yuxarıdır. Sanki Ermənistanda yaş qrupu üzrə seçim aparılır və onlar səngərə məhkum edilir. Erməni sosial şəbəkə istifadəçilərinin rəylərində hakim olan ideya bundan ibarətdir ki, sanki "bu gəncləri qırmaq üçün böyüdüblər”.
Bundan başqa, əldə etdiyimiz məlumatlara əsasən qeyd edə bilərik ki, Ermənistan ordusu iki yüksəkrütbəli zabitini də itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Areqoviç (1978), Ağdərə istiqamətində isə polkovnik Aykyan Nikolay Mikaeloviç (1972) ordumuz tərəfindən məhv edilib.

Bizim üçün mötəbər mənbə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarıdır. Qeyd edək ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən düşmənin ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisinin olduğunu açıqlamışdı. Yaxın dövrdə Ermənistan tərəfindən açıqlanan digər məlumatlarda 18-20 yaşlı gənclərin üstünlük təşkil edəcəyini ehtimal etmək olar.  
 
 Sosial Tədqiqatlar Mərkəzinin
Daxili siyasətin təhlili departamentinin
baş məsləhətçisi, politoloq İlyas Hüseynov


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol