BMT-nin ali komissarı döyüşləri dərhal dayandırmağa çağırıb

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçele Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyu hərbi əməliyyatların bərpasından narahatlığını bildirib.
"Mülki şəxslər arasında ölən və yaralıların olması, eləcə də vətəndaşların mülkiyyətinə və infrastruktura dəyən ziyan haqqında xəbərlərdən dərin narahatlıq hissi keçirirəm. Bütün tərəfləri beynəlxalq insan hüquqları və beynəlxalq humanitar qanunlarına hörmətlə yanaşmağa, xüsusilə də mülki əhali və döyüşlərdə iştirak etməyən insanların müdafiəsini təmin etməyə və vacib mülki infrastruktura zərərin qarşısını almağa çağırıram”, - deyə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























