• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Ermənistanın cinayəti ilə bağlı növbəti ETIRAZ BƏYANATI

Ombudsman Ermənistanın cinayəti ilə bağlı növbəti ETIRAZ BƏYANATI
29.09.2020 22:30
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması və davam edən insan tələfatı ilə bağlı növbəti etiraz bəyanatı yayıb.

Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan anews.az-a verilən məlumata görə bəyanatda deyilir:  

"Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı kimi, 2020-ci il 27 sentyabr tarixində saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələri və sosial obyektləri müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan intensiv şəkildə atəşə tutmaqda davam edir.

Təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya atəşinə tutması nəticəsində 28.09.2020-ci il tarixdə, saat 11 radələrində Tərtər şəhərinin mərkəzində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən bir nəfər həlak olmuş, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü və maşında olan hərbi polisin əməkdaşı, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini yaralanmışdır.

Eyni zamanda, bu gün Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından atəşə tutması Ağdam rayonu, Evoğlu kənd sakininin həlak olması ilə nəticələnmişdir. Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş vermişdir.

Ümumilikdə, mülki əhalidən Naftalan şəhəri, Ağdam və Tərtər rayonlarından ikisi uşaq, ikisi ahıl olmaqla, 9 nəfər həlak olmuş, Ağdam, Tərtər, Daşkəsən, Goranboy, Füzuli və Cəbrayıl rayonlarından olan 31 nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilmişdir və təcavüzkar Ermənistan tərəfindən Azərbayanın mülki əhalisinə qarşı qeyri-insani hərəkətlər hazırda da davam etdirildiyindən bu rəqəmlər hər an arta bilər.

Bir daha bildiririk ki, işğalçı Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, insanlıq əleyhinə cinayət əməllərindən hələ də əl çəkmir.
Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.
Təcili olaraq bütün dünya ictimaiyyətinə müraciət edərək, Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamağa, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını tələb etməyə, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılmasını təşviq etməyə çağırırıq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol