• $
  • €
  • ₽
  • ₺
  • £

Tezliklə sona çatacaq Üzeyirlər, Natavanlar, Bülbüllər yetişdirən Qarabağ-Şuşa həsrəti...

Tezliklə sona çatacaq Üzeyirlər, Natavanlar, Bülbüllər yetişdirən Qarabağ-Şuşa həsrəti...
01.10.2020 16:42
Sentyabrın 27-i səhərini "Ermənistanın işğalçı ordusu cəbhənin bütün istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ağır artilleriyadan istifadə etməklə atəşə tutub” xəbəri ilə açdıq. 1992-ci il 26 fevral Xocalı soyqırımından 28 il keçməsinə baxmayaraq mənfur düşmənin mülki şəxsləri və azyaşlıları əsas hədəf seçməsi erməni ideologiyasının heç zaman dəyişmədiyinin əsas göstəricisidir.

Azərbaycanın Ali baş komandanı İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuz özünü müdafiə və  əks-hücum əməliyyatına başladı. Xalq "güç birlikdədir” deyib öz liderinin xalqı birləşdirən siyasəti ətrafında birləşib Böyük Vətən müharibəsində öz torpaqlarının müdafiəsinə qoşulmuşdur. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməməlidir, bunu etmək istəyən qüvvələr isə xalqdan deyillər. Müharibənin ilk günlərindən başlayaraq milli ordumuzun əldə etdiyi qələbələr içimizdə dillə ifadə edilməsi mümkün olmayan hisslər yaşadır. Bu hisslərə görə başda Siz Ali Baş Komandan olmaqla xilaskar əsgərlərimizə sonsuz təşəkkürlər.

İllərdi içimizdə bir an belə səngimiyən Qarabağ həsrəti nəhayət sona yetəcək. Gücünüz gücümüzdür deyib, Ali Baş Komandanımız İlham Əliyevə və məğlubedilməz şanlı ordumuza bu haqq mübarizəsində uğurlar arzu edirik.

Nəhayət məğrur Azərbaycan xalqı Siz Cənab İlham Əliyev və Azərbaycan Respublikası Milli Ordusu  sayəsində tarix yazacaq.  Allah haqq yolumuzu açıq eləsin!
 
QARABAĞ AZƏRBAYCANDIR!
 Qələbə Bizimlədir!
 
Ümüdvar Əliyev
UNEC professoru i.e.d., əməkdar müəllim

Günay Quliyeva
UNEC baş müəllimi, i.ü.f.d

 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol