• $
  • €
  • ₽
  • ₺
  • £

20 min erməni artıq Qarabağı tərk edib

20 min erməni artıq Qarabağı tərk edib
01.10.2020 17:28
Azərbaycan Ordusunun 3 istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub.  Ordumuzun əldə etdiyi uğurlu əməliyyatlarından sonra bu ərazilərdən kütləvi köç prosesinə başlanılıb. 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20  minə çatıb. Bundan təşvişə düşən Ermənistan hakimiyyəti qaçqınların yerləşdirilməsi üçün bir sıra beynəlxalq humanitar təşkilatlara, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına yardım üçün müraciət etsələr də, gözlənilən cavabı almayıb. Rəsmi Yerevana donor təşkilatlara müraciət etmək tövsiyə olunub.  Bütün bunlar cəmi 5 gün davam edən döyüşlərin nəticəsidir.

Ermənistanın "4rd.am” saytı yazır ki, son döyüşlərdə erməni tərəfindən həm canlı, həm də hərbi texnika itkisi həddindən artıq böyük olub. Ermənistan ordusunun mindən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran sayt işğal altındakı Şuşa hospitalına istinadən qeyd edir ki, bura yüzlərlə yaralı gətirilib.
 
Öldürülənlər arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var. Avtomobillər, ağır zirehli texnika, artilleriya qurğuları məhv edilib. 
Digər erməni xəbər saytları və internet televiziyalarının  Xankəndidən hazırladığı reportajda insanların vahimə içərisində olduğu qeyd olunur. Xankəndi sakinləri Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra gecəni zirzəmilərdə keçirirlər.

Son iki gündə vəziyyət daha da gərginləşib. 

"İravunk” qəzeti erməni əhalisinin təşviş içində olduğunu, evlərini kütləvi şəkildə tərk etdiyini diqqətə çatdırır. Xankəndidən böyük köç başlayıb. Qarabağdakı rejim əhalinin evlərini tərk etməsinə maneələr yaratmır. Gedənlər postlarda saxlanılmır. Əsgərlər fərarilik edirlər. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır. Amma son məlumatlar göstərir ki, heç Qarabağ müharibəsi veteranları da vuruşmaq niyyətində deyillər. Çünki budəfəki döyüşlər əvvəlkindən çox fərqlidir. Bunu itkilər barədə ermənilərin etirafı da təsdiq edir.

Rusiyanın "İzvestiya” qəzetinin Xankəndidəki reportyoru isə yazır ki, buradan ermənilərin kütləvi və kortəbii şəkildə köçürülməsi baş verir, insanları kütləvi şəkildə Yerevana göndərirlər. "Onları elə birbaşa göndərirlər, heç bilmirlər ki, orada qohumları var, ya yox. Lakin deyirlər ki, onları hökmən orada kimsə qarşılayacaq. Polis yolüstü Yerevana gedən avtomobilləri saxlayır və onlar ailələri maşınlarına mindirib tamamilə pulsuz Yerevana aparırlar”.

Bu arada Ermənistanda mövcud olan hərbi vəziyyətlə əlaqədar 18-55 yaş arasında kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Ermənistan ordusunun bəzi hərbi qulluqçuları isə buna etiraz olaraq sosial şəbəkələrdə bildiriblər ki, onlar başqasının torpağı uğrunda ölmək istəmirlər”. 

Döyüşlərin geniş vüsət alması əhalinin köçü ilə yanaşı rejim ərazisində bütün həyatı da iflic edib. Ermənistanın "Joxovurd” qəzeti yazır ki, cəbhə zonasında davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər. Bəzi saytlar isə qondarma qurumdakı mənbələrə istinadən bildirirlər ki, onların çox böyük itkiləri var. Hospitallar yaralılarla doludur. Azərbaycan tərəfinin kütləvi şəkildə aviasiya, artilleriya, raket silahları tətbiq etməsi işğal olunmuş ərazilərimizdəki rejimi ciddi şəkildə qorxuya salıb, zərbələrin səhərlə yanaşı axşam da davam etməsi  onlar üçün kabusa çevrilib. 

Sözsüz, Qarabağdan böyük miqyasda köçün əsas səbəbi  düşmənin öz ordusunun yenilməzliyi il bağlı apardığı  təbiğatın puç olmasıdır. Göründüyü kimi, son hadisələr yerli əhali arasında ciddi ruh düşkünlüyü yaradıb. Azərbaycan ordusunun qələbə yürüşü ermənilərin bu köçünün daha da geniş vüsət alacağı şübhə doğurmur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol