Cəbhə bölgəsi rayonlarında elektrik enerjisi infrastrukturu atəşə tutuldu

Beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri bu gün də Goranboy, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında enerji infrastrukturunu atəşə tutub.
Anews.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Goranboyda 35/10 kV-luq "Xanqərvənd” yarımstansiyasından çıxan 10 kV-luq "Telestudiya” hava xətti, 110/30/10 kV-luq "Naftalan” yarımstansiyasından çıxan 10 kV-luq "Əzizbəyov” və "2-ci Subartezian” hava xətləri dəfələrlə vurulub. Tapqaraqoyunlu kəndində 0.4 kV-lu paylayıcı şəbəkə yararsız haldadır, hələlik vəziyyətlə əlaqədar təmir-bərpa işləri mümkün olmayıb.
Tərtərdə isə 110/35/10 kV-luq "Tərtər” yarımstansiyasından çıxan 10 kV-luq "3 №-li AzGes”, "11 №-li Sarıcalı” hava xətləri, 35/10 kV-luq "Dəmirçilər” yarımstansiyasından çıxan10 kV-luq "3 №-li Borsunlu” hava xətti vurulub və bərpa edilib.
Füzulidə 35 kV-luq "Horadiz-Böyük Bəhmanlı” hava xətti, eləcə də 35/10 kV-luq "Horadiz” və "Mahmudlu” yarımstansiyalarından çıxan 10 kV-luq "Şükürbəyli”, "Qazaxlar”, "Babı” və "Alxanlı” hava xətləri bir neçə yerdən vurulub və bərpa olunub. Şükürbəyli və Alxanlı kəndlərində 0.4 kV-lu paylayıcı şəbəkə isə yararsız haldadır, təmir-bərpa işləri görülür.
Ağcabədidə 110/35/10 kV-luq "Qarabağ ” yarımstansiyasından çıxan 10 kV-luq "Minəxorlu” və 35/10 kV-luq "Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq "PMK 4” hava xətləri vurulub və bərpa olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























