• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın muzdlu döyüşçülər gətirməsinə ehtiyac yoxdur - AÇIQLAMA

Azərbaycanın muzdlu döyüşçülər gətirməsinə ehtiyac yoxdur - AÇIQLAMA
02.10.2020 16:34
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsi istiqamətində əks -hücum əməliyyatı davam edir. Sentyabrın 27-dən başlıyan müharibə Azərbaycanın bir çox kəndləri və yüksək yüksəklikləri azad edilməsi ilə nəticələnib. İki ölkə arasında davam edən bu müharibədə Ermənistan tərəfi Azərbaycan haqqında həqiqətə uyğun olmuyan bir çox informasiyaları dünyaya çatdırmağa çalışır. Bu məlumatlardan biri Suriyadan gəlmiş muzdluların Azərbaycan tərəfindən döyüşməsi haqqında olan məlumatlardır. 

Fransa prezidenti Makron da 300-dən çox  suriyalı muzdlunun Dağlıq Qarabağ münaqişəsi bölgəsində Azərbaycan tərəfindən döyüşdüyünə dair məlumatlar verib. Bildirib ki, həmin muzdluların Azərbaycan tərəfdə hərbi əməliyyatlarda iştirakına dair faktları var.

Bəs Azərbaycanın başqa ölkədən gələn hər hansı muzdlu döyüşçülərə ehtiyacı varmı?

Siyasi ekspert Nazim Cəfərsoy bildirir ki, bu əslində Fransanın Türkiyə ilə olan probleminin kökündən qaynaqlanır və indiki durum üçün Azərbaycanın hərbi əməliyyatlar vəziyyətindən istifadə edir.

"Təəssüflər olsun ki, ermənilər tərəfindən bu mövzu əətrafında əsassız informasiyalar paylaşılır. Bu erməni millətinə aid növbəti təxribat xarakterli uydurmadır.Fransa prezidentinin iddiaları isə siyasi,tərəfkeş və qeyri obyektivdir.Aydın şəkildə Makron birbaşa işğalçı ölkənin nümayəndəsi kimi çıxış edir. Fransa səfirinin Erməninstanın müdafiə naziri ilə danışması da bunun birbaşa sübutudur”.
 
Nazim Cəfərsoyun fikrincə Fransanın tərəf tutmasının bir çox tərəfləri var.

"Makronun Türkiyə ilə Şərqi Aralıqda problemləri var. Buna görə də Fransa Livya Türkiyə arasındakı atışmaların qisasını alır. Buna görə də indiki vəziyyətdə Ermənistanın yanında dəstəkçi mövqeyindən çıxış edir. İkinci məqam Fransız muzdluları Ermənistanda Qarabağ müharibəsində erməni tərəfdən iştirak ediblər. Fransanın təsir dairələrindən olan Livandan və başqa ərəb ölkələrindən Ermənistanda gəlib müharibədə iştirak etməsi təcrübəsi onlara aiddir. Azərbaycanda muzdlu təcrübəsi yoxdur”.

Siyasi ekspertin fikrincə Makronun tərəfkeçlik etməsi həm də Fransada daxili siyasətin ciddi şəkildə zəifləməsi ilə əlaqədar ola bilər.

"Fransada ciddi bir erməni diasporası var. Nəzərə alsaq  ki, Makronun daxili siyasəti zəifləyib və ölkədə erməni diasporunun siyasi gücünə ehtiyacı var, bu mövqeyi nəzərə alıb göstərdiyi dəstəyi bununla əlaqələndirmək olar. Fransa bu proseslərdə öz tərəfsizliyini itirib”.
 
 
Cəfərsoy son olaraq əlavə etdi ki, Azərbaycan tərəfi rəsmi şəkildə MİNSK qrupundan Fransanın çıxarılması üçün məsələ qaldırmalıdır. Çünki bu MİNSK prosesinin vasitəçilik missiyasına qətiyyən uyğun deyil. Fransa əvəzinə Almaniya olması məqsədəuyğun olar. Çünki ən azından Almaniya Avropa İttifaqında güclü bir fiqura sahibdir-deyə əlavə etdi.
 
 
 
Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə bizim hərbi ehtiyaclarımız yetərli olması başqa ölkələrdən muzdlu gətirməsi üçün ehtiyac deyil və başqa ölkələrdən muzdlu gətirməsi Azərbaycanın ziyanına ola bilər.

"Muzdlularla bağlı məsələ əslində bir neçə istiqamətdə inkişaf edir. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bizim insan resurslarımız və hərbi ehtiyatlarımız imkan verir ki, biz müharibəni öz hesabımıza davam etdirək. Düşmən tərəfi muzdlu məsələsini ortaya atmaqla başqa məqsədlər güdür. O məqsədlərin nə olduğu isə Fransa prezidentinin dilindən çıxdı. Azərbaycan tərəfi hərbi əməliyyatlar əsasında öz torpaqlarını azad etməyə yaxındır. Döyüşlərin indiki zamana qədər olan hissəsində də faktiki üstünlük əldə edib. Bu baxımdan da Azərbaycanı durdurmaq və münaqişədə iştirakçıların burda real döyüş əməliyyatlarında iştirak edən aktorlarının sayını artırmaqdan gedir. Bu cür iddialarla çalışırlar Azərbaycana müdaxilə etsinlər və  hadisələrin mahiyyətini dəyişərək  Azərbaycanı durdursunlar”.
 
Şərhçi onu da bildirdi ki, Fransanın istifadə etdiyi muzdlu dəstələri komuflaj etmə məqsədi daşıyır.

"Ermənistan həm ASALA, həm də ASALA-nın üzvlərini, o cümlədən PKK və ondan törəmə təşkilatlardan muzdluları Qarabağ müharibəsində Azərbaycana qarşı istifadə edirlər.Bütün bunlar təkzibolunmaz faktlarla videolaşdırılıb dünyaya da təqdim olunu.  Azərbaycan tərəfi bunu bir daha dünyaya da bəyan etdi ki, ermənilər muzdlulardan istifadə etməyə başlayıb”.

Son olaraq Əlibəyli onu bildirdi ki, muzdlulardan istifadə etmək Azərbaycanın ziyanına ola bilər.

" Muzdluların Azərbaycan tərəfdən döyüşməsi əslində bizim üçün ziyanlı bir məsələ ola bilər. Çünki muzdluların funksiyası, təyinatı hansısa terror təşkilatlarına bağlılığı olmasıdır. Eyni zamanda Azərbaycan ərazisində hərbi əməliyyatlar aparıldığı bir dövrdə belə bir halın olması başqa qüvvələrin olması anlamına gəlir. Bu avtomatik qarşıdakı cəbhəyə digər oyunçuları da meydana daxil etmə imkanı verəcək. 2011-ci ildə Suriyada hərbi əməliyyatlar başladı. Toqquşmalar, vətəndaş müharibəsi ondan sonra dünyanın müxtəlif yerlərində nə qədər teror təşkilatları varsa toplandı Suriyaya. Bu da o deməkdir ki, muzdluların gəlişi mütləq şəkildə Suriya modelinin təkrarı olacaq. Azərbaycan tərəfi heç vaxt belə bir məsələyə qol qoymaz.  Bizim ordu imkanları hərbi əməliyyatlarımızda döyüşməyə yetərlidir – deyə əlavə etdi.
 
Xarici işlər Nazirliyindən Fransa prezidentinin muzdluların Azərbaycan tərəfindən döyüşməsinə cavab olaraq bildirildi ki, Azərbaycan qəti şəkildə bu cür saxta informasiyaları təkzib edib. Hesab edir ki, ölkə başçısı Rusiya kanalında yayılan yalan və iftira dolu xəbərlərə lazım olan cavabı verib.  
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol