• $
  • €
  • ₽
  • ₺
  • £

XIN açıqlama yaydı

XIN açıqlama yaydı
03.10.2020 12:18
Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən hərbi əməliyyatları zamanı həm öz vətəndaşları, həm də üçüncü ölkələrin vətəndaşları olan jurnalistləri istismar etmək üçün etdiyi məsuliyyətsiz cəhdlərindən bəhs edən xəbərlərin sayı artmaqdadır. Xüsusi narahatlıq doğuran haldır ki, Ermənistan bəzən jurnalistləri və digər media mütəxəssislərini aktiv hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görmür.
Ermənistanın bu məsuliyyətsiz davranışı öz-özlüyündə, onun beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü mülki əhalini və mülki obyektləri hücumların təsirindən qorumaq üçün bütün mümkün tədbirləri görmək öhdəliyinin ciddi şəkildə puzulmasıdır. Bununla, Ermənistan anti-Azərbaycan təbliğatı məqsədi ilə münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizlik və mühafizəsini risk altına atır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xatırladır ki, beynəlxalq humanitar hüquq və BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurmalardakı jurnalistlər mülki insanlar kimi təsnif edilir və belə olduğundan mülki statuslarına mənfi təsir göstərən heç bir hərəkət etməmələri şərtiylə mülki vətəndaşlara şamil olunan müdafiə ilə təmin edilməlidirlər.

Bu səbəbdən, bütün jurnalistlər, media mütəxəssisləri və əlaqəli şəxslərin maksimum dərəcədə diqqətli olmaları və münaqişə bölgəsindəki mülki statuslarına xələl gətirəcək hər hansı bir əməldən çəkinmələri böyük əhəmiyyət kəsb edir.

Nazirlik, bundan əlavə, yuxarıda qeyd olunan BMT qətnamələrinin jurnalist fəaliyyəti üçün bir çərçivə yaratdığını və silahlı münaqişə vəziyyətlərində işləyən və bu barədə məlumat verən media mütəxəssisləri üçün istinad şərtləri (qaydaları) olduğunu vurğulayır. Xüsusilə, bu qətnamələrdə Təhlükəsizlik Şurası bütün dövlətlərin siyasi müstəqilliyi, suveren bərabərliyi və ərazi bütövlüyü, habelə bütün dövlətlərin suverenliyinə hörmət prinsiplərinə sadiq qaldıqlarını təsdiqləyir və şiddət, soyqırım, insanlığa qarşı cinayətlər və beynəlxalq humanitar hüququn digər ciddi pozuntularını təhrik etmək üçün medianın istifadəsini qınayır.

Jurnalistlərin açıq-aydın şəkildə təsbit edilmiş bu qaydalara riayət etməmələri medianın gərginlik və nifrəti alovlandırmaq üçün istismar olunması risklərini artırır və dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi nəticəsində yaranan və beynəlxalq humanitar hüququn ciddi pozuntuları ilə müşayiət olunan vəziyyətlərə gətirib çıxarır ki, bu da ərazilərin işğalı və münaqişələrin davam etdirilməsinə səbəb olur.
Jurnalistləri bir daha Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərinə səfər etməməyə, beləliklə Ermənistanın onları istismar etməsinə imkan verməməyə, habelə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində fəaliyyət göstərənləri yuxarıda qeyd edilən tələblərə ciddi şəkildə əməl etməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətdən, o cümlədən Ermənistanın Azərbaycana qarşı qanunsuz qüvvələrdən istifadəsini təbliğ etməkdən çəkinməyə çağırırıq. Bütün bu media nümayəndələrinə, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası ilə bağlı Azərbaycan Respublikasının qayda və qanunlarına ciddi şəkildə riayət etməyi tövsiyə edirik.

Bundan əlavə, bütün aidiyyəti hökumətlərarası və qeyri-hökumət təşkilatları və inistitutları, jurnalistər, media işçiləri və əlaqəli səxslərin Ermənistan tərəfindən sonuncunun Azərbaycana qarşı hərbi təcavüzündə istismarının qarşısını almaq və bütün jurnalistlərin mülki statuslarına mənfi təsir göstərməmək üçün ciddi şəkildə qayda və qanunlara əməl etmələrini təmin etmək məqsədilə bütün lazımi tədbirləri görməyə çağırırıq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol