Ermənilər indiyədək Tərtərdə 8 mülki şəxsi qətlə yetirib, 33 nəfəri isə yaralayıb

Sentyabrın 27-dən oktyabrın 4-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus yüzlərlə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.
Oktyabrın 4-də düşmənin atdığı top mərmiləri nəticəsində 3 ev tamamilə dağılıb, 35 evə isə ziyan dəyib.
Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 250 evə ziyan dəyib, 59 ev isə tamamilə dağıdılıb.
Bundan başqa, ümumilikdə Tərtərdə 8 mülki şəxs həlak olub, 33 nəfər isə yaralanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























