Xankəndində ərzaq çatışmazlığı yaşanır

Xankəndində ərzaq çatışmazlığı başlayıb, mağazalar işləmir.
"Report” "znak.com”a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.
Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində dünən elektrik stansiyası məhv edilib, nəticədə Xankəndi işıqsız qalıb, habelə qaz kəməri də zədələnib və şəhər qazsız qalıb.
"RİA Novosti” xəbər verir ki, əcnəbi jurnalistlərin çoxu Xankəndini tərk edib. İndi onlar Gorusda cəmləşirlər. Ermənistan hökuməti orada xarici jurnalistlər üçün mətbuat mərkəzi təşkil edəcəyinə söz verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























