Zahid Oruc: Bərdə Qarabağda bir istehkamdır!

Bu gün səhər saatlarında Bərdə rayonuna atılan raketlər Ermənistanın ərazisindən atılan və Qarabağdakı acınacaqlı məğlubiyyətin əvəzini silahsız insanlardan çıxmaqdır. Əməliyyat mərkəzləri və bütün cəbhəboyu ön xətləri daılaraq geri çəkilən düşmənin koordinasiyalı fəaliyyəti iflic olduğundan belə xaotik zərbələrlə savaşın coğrafiyasını genişləndirməyə çalışır.
Bərdə əhalisi, o cümlədən ötən on illərdə savaşın ağırlığını çiyinlərində daşıyan, təmas xəttinə yaxın radiusda yaşayan məğrur insanlarımız o bölgələri qalalara, istehkamlara çevirərək düşmənin qarşısında sipər olublar.
Bu günki xain hücumun nəticəsində bir nəfər həyatını itirib, iki yaralımız var, o cümlədən xeyli dağıntılar baş verib. Lakin Azərbaycan ordusu 27 sentyabrdan başlanan müqəddəs zəfər yürşünün davamı olaarq, bu gün müxtəlif cəbhələrdə düşməninin Gəncəyə, Bərdəyə. Tərtərə və Goranboya atılan raketlərin qisasını alıblar.Mülki insanlarla müharibədə aparmaqla düşmən Silahlı qüvvələrimizin qələbəsinə mane ola bilmədiyini bird aha təsdiq edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























