• $
  • €
  • ₽
  • ₺
  • £

“Başınızı uca tutun, əziz valideyinlər!” - Mübariz İbrahimovun atası

“Başınızı uca tutun, əziz valideyinlər!” - Mübariz İbrahimovun atası
05.10.2020 14:21
"Özümü çox xoşbəxt hiss edirəm ki, xalqımız yumruq kimi bir olub. Uzun illərdən bəri davam edən ermənilərin qəsbkarlıq siyasətinə qarşı ölüm-dirim mübarizəsindədir. İşğala məruz qalmış Azərbaycanımızın bütövləşməsindən, xalqımızın birliyindən, müasir Azərbaycanın vətənpərvər gənclərinin, ordusunun şanlı qəhəmanlıq tariximizi təzələyib, düşmənə qan uddurmasından qürur duyuram”.

Bu sözləri "Qafqazinfo”ya Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov torpaqlarımızın işğaldan azad olunması uğrunda ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlardan danışarkən bildirib.

O, qeyd edib ki, Prezident İlham Əliyev hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı bəzi dövlətlərin bəyanatına layiqli cavab verib: "Bu 30 ili harada idiniz, xalqımıza qarşı edilən vəhşlikləri, torpaqlarımızın 20 faizdən artıq işğalını görmürdünüzmi? Azərbaycan haqq yolundadır. Bu çətin günlərdə dostumuzun, bizi istəməyənlərin də kim olduğunu görürük. Qarabağ Azərbaycanındır! Ölümdən qoxmuruq, təki vətən sağ olsun, mübarizə sonadək aparılsın ki, gələcəkdə belə bir hal təkrarlanmasın! Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Övladlarınız qalib ordunun şəhidləridir, başınızı uca tutun, əziz valideyinlər! Azərbaycan dövləti hər bir işini dəqiqliklə görür. Qələbə bizimlədir!” 

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda erməni əsgərini məhv etdiyi posta ötən gün Azərbaycan Bayrağı sancılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol