İsveçrədən Azərbaycana dəstək

İsveçrə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib.
Səfir Xanım İbrahimovanın İsveçrə Xarici işlər Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşlərdə İsveçrə XİN-in rəsmiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı rəsmi mövqeyi ifadə olunub.
Bildirilib ki, Ermənistanın ölkəmizə qarşı başlatdığı son hərbi təcavüzün və bu təcavüz nəticəsində Azərbaycanın mülki əhalisi və obyektlərinə vurulan zərərlərin qınanılması, erməni yalanlarının ifşa edilməsi istiqamətində keçirilən silsilə görüşlərdə Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra Azərbaycana qarşı ciddi provokasiyaların aparılması, Ermənistanın rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə sülh danışıqlarının iflic vəziyyətinə salınması üçün addımların atılması, hazırda Azərbaycanın öz işğal edilmiş torpaqlarının azad edilməsi istiqamətində Ermənistan Silahlı qüvvələrinin təcavüzünün qarşısının alınması, habelə mülki vətəndaşlarımızın qorunması üçün əks-hücum həyata keçirilməsi həmsöhbətlərin diqqətinə çatdırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























