• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Mingəçevirin atəşə tutulması ilə bağlı bəyanat yaydı

Ombudsman Mingəçevirin atəşə tutulması ilə bağlı bəyanat yaydı
05.10.2020 17:23
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın böyük su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin raket atəşinə tutulması ilə bağlı bəyanat yayıb.

Anews.az-ın xəbərinə görə, bəyanatda deyilir:

"Beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırırıq ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam edir.  

Belə ki, təcavüzkar siyasətindən və işğalçı əməllərindən hələ də əl çəkməyən Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə bu ölkənin silahlı qüvvələri 04 oktyabr 2020-ci il, gecə saat 23 radələrindən başlayaraq Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.
Xüsusi olaraq bildiririk ki, Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçeviri qəsdən hədəfə almaqla atdığı raketlərdən biri elektrik stansiyasının qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. Təəsüflər olsun ki, fərdi yaşayış evinə raketin atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib. 

Nəzərinizə çatdırırıq ki, Azərbaycanın sənaye şəhəri olan Mingəçevirdə strateji baxımdan mühüm əhəmiyyət kəsb etməklə Cənubi Qafqaz regionunda ən böyük su anbarı və elektrik stansiyası yerləşir. Bu su anbarının və elektrik stansiyasının vurulması Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadlar törədə bilər.

1992-ci il Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə əsasən, ölkələr həyata keçirdikləri fəaliyyət zamanı məsuliyyətlərini dərk etməli, silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.

Bu baxımdan bəyan edirik ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Mingəçevir su anbarı və enerji blokunu hədəfə almaqla raket atəşinə tutması təkcə Azərbaycanda deyil, bütün regionda ətraf mühit və enerji təchizatı üçün ciddi təhlükədir.

Bir daha beynəlxalq təşkilatları işğalçı Ermənistan dövlətinin mülki əhalinin yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququna qəsd etməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına və region üçün dərin ekoloji fəlakət riskinin yaranmasına səbəb olan cinayətkar əməllərindən qeyd-şərtsiz çəkindirilməsinə, Azərbaycanın tarixi əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsini tələb etməyə və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görməyə çağırırıq".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol