Düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edilib

Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib.
Müdafiə Nazirliyindən Anews.az-a bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb.
Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çox sayda ölən və yaralanan var.
Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























