Ərdoğan: "Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır"

"Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqları azad edir”.
"Haberturk” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz azəbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməkdə davam edəcəyik. Ermənistan aldığı zərbədən sarsıldığına, məğlubiyyət nəticəsində qapıldığı ümidsiziliyə görə münaqişədə Türkiyənin də adını hallandırır”, - Türkiyə Prezidenti bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























