• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yeni rəhbəri kimdir? – DOSYE

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yeni rəhbəri kimdir? – DOSYE
08.10.2020 15:55
bu gün Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Karamyan tutduğu vəzifədən azad edilib və onun yerinə Mikael Ambarçumyan təyin edilib.

Yeniavaz.com xəbər verir ki, Mikael Vazgeb oğlu Ambarçumyan bu ilin avqust ayının 12-də Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin olunub. Daha əvvəl isə Milli Təhlükəsizlik Xidmətinin İqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə şöbəsinin müdiri olub.

Məlumat üçün bildirək ki, 1991-ci il təvəllüdlü Argişti Karamyandan fərqli olaraq Mikael Ambarçumyan Nikol Paşinyanın yaxın ətrafına daxil olan şəxslərdən deyil. 5 ay əvvələ kimi heç bir zaman Milli Təhlükəsizlik Xidməti sistemində işləməyən Argişti Karamyandan fərqli olaraq polkovnik rütbəsi daşıyan Mikael Ambarçumyanın 20 ildən artıqdır Milli Təhlükəsizlik Xidmətində müxtəlif vəzifələrdə çalışıb. Uzun illər Milli Təhlükəsizlik Xidmətinin İstintaq idarəsinin rəhbəri olub. 2007-ci ildə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətlərinə görə" medalı ilə təltif edilib.

Mikael Ambarçumyan Nikol Paşinyanın komandasına daxil olan şəxslərdən fərqli olaraq Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj sarkisyanın başçılıq etdiyi "Qarabağ klanı”na müxalif şəxs hesab olunmur. Mikael Ambarçumyan Qondarma Dağlıq Qarbağa respublikasının keçmiş rəhbəri Bako Saakyanın yaxın kadrlarından olan Marat Musaelyanın da qohumudur. Mikael Ambarçumyanın bacısı Marat Musaelyanın həyat yoldaşıdır. Ermənistan mətbuatı Mikael Ambarçumyanın vəzifə pillələrində yüksəlməsində Marat Musaelyanın rolunun olduğundan yazır. 

Qeyd edək ki, Marat Musaelyanın "Qarabağ klanı”nın nüfuzlu şəxslərindən hesab olunur. 1957-ci ildə Xankəndidə anadan olan Musaelyan 1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyi sistemində xidmət edib. 1995-2007-ci illərdə  Ermənistan Milli Təhlükəsizlik Xidmətində işləyib. xidmət etmişdir. 2007-2020-ci illərdə Dağlıq Qarabağda seperatçı rejim rəhbərindən biri olub. Polkovnik hərbi rütbəsinə malikdir.

Mikael Ambarçumyanın "Qarabağ klanı”nına yaxın olmasına baxmayaraq vəzifədə saxlamılmasına səbəb onun Konustitusiya Məhkəməsinin hakimi və eyni zamanda da Nikol Paşinyana yaxınlığı ilə bilinən Vahe Qriqoryanın sinif yoldaşı olmasıdır. Daha əvvəl vəkil kimi fəaliyyət göstərən Vahe Qriqoryan Koçaryan hakimiyyətinin 2008-ci ildə aralarında Nikol Paşinyanın da olduğu müxalifətçilərə tətbiq etdiyi zorakılığın hadisəsini Avropa Məhkəməsinə çıxarıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol