"Ağdərə qanlı sıyığa dönüb, kömək gəlmir" - Erməni hərbçi

Rus müxbir separatçıların İrəvana qaçdığını, ermənilərin Qarabağda ağır duruma düşdüyünü yazır.
Reportajda bildirilir ki, Dağlıq Qarabağda havalar soyumağa başlayıb və işıq, qaz təchizatı tamamilə yoxdur, artıq Xankəndində bəziləri evini isitmək üçün mebellərini söküb yandırır, işıq kimi isə şamlardan istifadə edirlər.
Yazıda bildirilir ki, Xankəndində və digər bölgələrdə ərzaq çatışmazlığı yaranıb, mağazalar işləmir:
"Münaqişə zonasında demək olar ki, bütün avtomobillər və mikroavtobuslar Xankəndindan əhalinin köçürülməsinə cəlb edilib, amma yenə də nəqliyyat çatmır – bəziləri günlərlə öz növbəsini gözləyir”.
Reportyor ermənilərin döyüşmək istəmədiklərini vurğulayıb və buna dair rastlaşdığı hadisəni nəql edib:
"Hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad bildirir: "Nə oturmusuz burada? Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındı, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”
Alik adlı hərbçinin Znak.com-un müxbirinə dediklərindən:
Xankəndinin sakinləri rus reрortyora bildiriblər ki, yaranmış vəziyyətdə əhali şəhərin 300 km-likdə yerləşən Yerevana axışır: "Onların bir çoxunun Yerevanda qohumları və ya dost-tanışları yaşayır”.
Müxbir yazır ki, hətta bir çox ermənilər heç Ermənistanda da qalmaq istəmir – xarici ölkələrə çıxıb getməyə çalışırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























