• $
  • €
  • ₽
  • ₺
  • £

Separatçılar ermənilərin yarısının Qarabağdan qaçdığını təsdiqlədilər

Separatçılar ermənilərin yarısının Qarabağdan qaçdığını təsdiqlədilər
09.10.2020 09:29
Qondarma "Dağlıq Qarabağ Respublikası”nın "nümayəndəsi" Artak Beqlaryan bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində - Qarabağda yaşayan ermənilərin yarıdan çoxu evlərini tərk edib.

Bu barədə Anews.az xarici mətbuata istinadən xəbər verir.

Beqlaryan qeyd edib ki, ermənilərin əksər hissəsi Ermənistana qaçıb, digər hissəsi isə Qarabağ daxilində yerlərini dəyişiblər. O, bunu hərbi əməliyyatlarla əlaqələndirib.

A.Beqlaryanın sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk edib. O, regionu tərk edənlərin sayının 75 min nəfər olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə erməni hərbçilərin Dağlıq Qarabağı və işğal altında olan digər əraziləri kütləvi tərk etmələrinin görüntüləri yayılıb.

Bununla yanaşı, separatçıların digər "nümayəndəsi" Vaqram Poqosyan da Ermənistan hərbçilərinin işğal altında olan Azərbaycan ərazilərinin bir hissəsini tərk etdiklərini təsdiqləyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol