Suqovuşanı işğaldan azad edən Hikmət Həsənovun doğum günüdür

2020-ci il oktyabrın 3-də Ağdərə rayonu istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmiş Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri Hikmət Həsənovun doğum günüdür.
1994-cü ildə Türkiyədə Tuzla Hərbi Piyada Məktəbində 6 ay kurs keçib, 1995-ci ildə hərbi məktəbi bitirərək, Ağdamda "N” saylı briqadada xidmətə başlayıb. Burada bölük komandiri, tabor komandiri vəzifəsinə qədər yüksəlib. 2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nankin Quru qoşunları Ali Hərbi Akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub.
2003-cü ildə vətənə qayıdaraq Qazaxda "N” saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda "N” saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib. 2005-2008-ci illərdə xidmətini Gəncədə "N” saylı briqadanın komandiri kimi davam etdirib.
NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib. 2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali baş komandanın sərəncamı ilə general-mayor rütbəsi alıb. 2014-cü ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə yeni yaranan, strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilib. 2014-cü il dekabrın 28-də Ali baş komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan "N” saylı birləşmənin komandiri təyin edilib. 2018-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.
2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.
Komandirliyi dövründə 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmən tərəfi ciddi itkilər verib. 2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























