• $
  • €
  • ₽
  • ₺
  • £

Səfərbərlik Xidməti məlumat yaydı

Səfərbərlik Xidməti məlumat yaydı
09.10.2020 17:33
Prezident İlham Əliyevin bu il avqustun 26-da imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, möhlət hüququ olmayan vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə çağırışı davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Anews.az-a daxil olan məlumatda bildirilir ki, gənclər həqiqi hərbi xidmətə getmək, Vətən qarşısında borclarını yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə böyük ruh yüksəkliyi və həvəslə gəlirlər.

"Yolasalma mərasimlərində müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilən və qarşıdakı 3 ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunacaqları yerlərdə davam etdirəcək gənclərə şanlı Azərbaycan əsgəri kimi müqəddəs adı daşımaları münasibətilə təbriklər çatdırılır, onlara şərəflə xidmət etmələri, nizam-intizamlı olmaları, hərb işinin sirlərinə mükəmməl yiyələnmələri, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələri tövsiyə edilir.

Xalqımız tarixin müxtəlif dövrlərində taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər oğullara etibar edib. Hərbi xidmətə yola düşən çağırışçılar məhz belə şəxsiyyətləri özlərinə nümunə bilərək Vətənə layiqli övlad kimi xidmət edəcəklərini vurğulayırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol